Fikrət Qocaya

Gözəl şeirlərini öz adında saxlarsan,Vətən məhəbbətinin gur odunda saxlarsan.

Cıdırda söyləsələr “at seçin”, açıq gözünüİgid, Qaçaq Nəbinin Bozatında saxlarsan.

Çaparsan arzularınla Cənuba əldə qələm,Sonunda, zirvələrin son qatında saxlarsan.

Vətənsizin yeri yoxdur bizim bu gülşəndə,Bunu mənim kimi hər an yadında saxlarsan.

Deyim ürək sözümü, sən də mən Süleymantək,Cənubun həsrətini fəryadında saxlarsan!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине