Dar qəbirdən fərqi nədir, deyin zülmət bir zindanın?!Arazın o tayındakı mənə doğma bir məkanınÖvladları dəstə-dəstə salındıqca zindanlaraMən ürəkdən səs verirəm bağrı yara insanlara!Gecəyarı, hər yer sakit,Hərdən-birdən verilir fit.

Qoca Təbriz yuxudadır, ajanlardır yalnız oyaq,Çiyinlərdə Amerika markalı son yeni yaraq.Bir zindanın qabağında tək-tək deyil, qoşa-qoşa,Gedib-gəlir jandarmlar gah o başa, gah bu başa.Guya zindan boğa bilər azadlığın haqq səsini,Ölüm-dirim savaşına bəstələnmiş nəğməsini.Sanki zindan son verəcək al bayraqlı üsyanlara,Həqiqətə, ədalətə candan bağlı üsyanlara.Odur, iki məhbus yatır dar zindanın bir gözündə:Nakamların qan izi var aydın-acıq mərd üzündə,Hər ikisi qorxu bilməz, igid, dönməz fədaidir,Ürəyində vətən eşqi əsla sönməz fədaidir.İnqilabı, azadlığı zəncirləmək olarmı? – Yox!Könüllərdə arzuların çiçəkləri solarmı? – Yox!

Günəş olub səhər-səhər iki dostun əməlləri,Gəzir kənd-kənd, şəhər-şəhər iki dostun əməlləri.İki dostu əldən salıb saya gəlməz sorğu-sual,Hər birinin ürəyinə təsəllidir xoş istiqbal.Hər birinin bədənində bir sağ yer yox, döyülməkdən.Onlar deyir: – Dar ağacı şərəflidir əyilməkdən!Bilirlər ki, təslim olmaq, ana yurda xəyanətdir,Mübarizə zəfərlərlə doğma, əkiz həqiqətdir.Bilirlər ki, əməlləri döyüşlərin bayrağıdır,Onları mərd yetişdirən Azərbaycan torpağıdır.Bilirlər ki, alovlanır xalqın kini, intiqamı,Qana dönmüş ürəyində qalmayacaq arzu-kamı.Bilirlər ki, yadellilər qovulacaq bu diyardan,Müqavimət soraq verir zəfər adlı ilk bahardan.Bilirlər ki, ana vətən nə gündədir, nə haldadır,Bu ellərin ürək dostu, xilaskarı şimaldadır.Deyir qəti döyüşləri düşündükcə, iki məhbus:– Silah tutan əllərimiz zəncirlidir, əfsus, əfsus!Ayağından sürüyərək bu məhbusu iki ajan,Çuval kimi kameraya tullayaraq oldu nəhan.Bu zindanın bir gecəsi belə, olmur fəlakətsiz...Üstü, başı qan içində düşüb qaldı hərəkətsiz.

Yeni dustaq, cavan dustaq, –İki yoldaş cəld qalxaraq,Dinlədi can qəfəsini,Onun zəif nəfəsini.Söylədilər məhəbbətlə,Məhəbbətlə və heyrətlə:“Bir bu qədər yaralardan ölməyibdir, diridir o;Əyilməyən alnıaçıq igidlərdən biridir o!”Gənc məhbusa acıyacaq iki məhbus fikrə daldı,Oxuyaraq fədailər nəğməsini dodaqaltı,Lənət dedi çağırılmamış əliqanlı qonaqlara,Fitnə-fəsad toxumu səpən yad məkanlı qonaqlara.Oxşadılar: – Özünə gəl, oyan, – deyə gənc dustağı –Qüvvə topla, qaya kimi dayan, – deyə gənc dustağı.O tərpənib gözlərini açan zaman yavaş-yavaş,Dostlar ondan soruşdular: – Adın nədir, kimsən, qardaş?O tanıdı dostlarını... dostlar onu tanımadı,Tanınmazdır, nə bilsinlər kimdir əsli, nədir adı?Yeni dustaq xeyli süzdü bu mərd, köhnə dustaqları,Bu sözləri deyə bildi parçalanmış dodaqları:Azərbaycan, bütöv vətən bayrağıdır həqiqətim!..Bu sözlərdən dar, qaranlıq, nəmli zindan işıqlandı,Könüllərdə günəş doğdu, qəmli zindan işıqlandı!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине