Əl eləyir uzaqlar,Görmədiyim torpaqlar.Hər obadan, hər eldənÜrək xatirə saxlar.Təkərlər üstə keçənÖmrümə yanmıram mən.

Daşlı-kəsəkli yollar,Duman, çiskin, boran, qar...Alsın məni yenidənGəmi, təyyarə, qatar.Təkərlər üstə keçənÖmrümə yanmıram mən.

Nəfəs dərmədən belə,Adlayıb eldən-eləHər yerini, ey Vətən,İstərəm gəzəm elə.Təkərlər üstə keçənÖmrümə yanmıram mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине