Elə bildim bu gün səndən uzaqdaKədər-qüssə alar mənim canımı.Bir özümdüm, bir xəyalın otaqda,Açıb tökdüm yerə çamadanımı.Yaddan çıxmış bir nar dəydi gözüməAlıb kəsdim, ətri doldu otağa.

Elə bildim qüvvət gəldi dizimə,Mən qayıtdım sanki doğma torpağa.Elə bil ki, Göyçay idi bu yerlər,Qaraməryəm gözlərimə göründü.Narın ətri əsla olmaz deyirlər,Yox, otağım nar ətrinə büründü.

Nə əsasla söyləyiblər bunu bəsGuya olmur...Guya olmur nar ətri.Gülöyşəni yad ölkədə apar kəs,Görəcəksən...Görəcəksən var ətri.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов