Anamın əlləri
Qızım Ülkərə
Anamın əlləri düşür yadıma,Ağac qabığıtək cadar-cadardı.Anamın əlləri düşür yadıma,Başaq döşürərdi, taya vurardı.
Anamın əlləri düşür yadıma,Torpaq belləyərdi, əymə əyərdi.Bir ağac əkmişdi mənim adıma,Lakin bəhərini bir kənd yeyərdi.
Bir təndir salmışdı — evin dirəyi,Balaca ehrama bənzəri vardı.Ətri yayılanda isti çörəyinHərəyə bir tikə dadızdırardı.
Bir qara qazanlı ocaq çatardı,Qazana nə saldı — bir görmədim mən.Xörək bir külfətə fəqət çatardı,Sən demə “tox imiş özü” səhərdən.
Baxmazdı atamın qazancı azdı,Xəzinə deyərdi öz maaşına.Pulun qıtlığını üzə vurmazdı,Onu çatdırardı ayın başına.
Köhnə paltarlara ütü çəkərdi,Hayıfdır, nə üçün atım, deyərdi.Sökərdi, təzədən biçib tikərdi,Hamımız növbəylə onu geyərdi.
Bəzən yol çəkərdi qonur gözləri,Azalıb çatanda təknə dibinə,Atamın arvadı olandan bəriO, əl salmamışdı ərin cibinə.
Bəlkə buna görə güzəranımızHərdən incəlsə də, üzülməzdi heç.Gülər gözlərimiz, qızar canımız,Ancaq dodağımız büzülməzdi heç.
Bu eşqi, sevinci, səmimiyyətiGətirən anamın öz əli idi.O əllər düzlüyün, işin, zəhmətinQüdrətdən yaranmış heykəli idi.
İndi rast gələndə isti təndirə,Barlı bir ağaca, təmiz adamaNə üçün bilmirəm heç birdən-birəAnamın əlləri düşür yadıma...
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-anamin-elleri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən sənin eşqinin asimanındaAya, ulduzlara çatmaq istərəm.
Bir gün xatirimə düşdün təzədənBir gün xatirimə düşdün təzədənQəfildən şaxıyan bir şimşək kimi.
Yuxuda gördüm ki...Yuxuda gördüm ki, sevmirsən məni,Bütün ümidlərim puçdur, nahaqdır,
Əynindəki donun bəyazƏynindəki donun bəyaz,Örpəyin bəyaz,
Стихи других поэтов
Bu sözü Ağdaşda - mötəbər bir məclisdə mərhum dostum Qulu Xəlilov dedi.*Balaca, bəstəboy,
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Sənəma! Talibdir üzünü görməgə ürəkSənəma! Talibdir üzünü görməgə ürək,Aç üzün ta ki gözəl üzünü bir an görək.
SöküldüAğzın bal dilin şəkər Mahtab,Yenə ciyərimin başı söküldü