Yuxuda gördüm ki...
Yuxuda gördüm ki, sevmirsən məni,Bütün ümidlərim puçdur, nahaqdır,Taleyim söyləmir könlüm deyəni,Əllərin, gözlərin məndən uzaqdır.
Yuxuda gördüm ki, dodaqlarındaMənim adım deyil,Başqa bir ad var.Ömrümün sevdalı gənc çağlarındaMənə dönük çıxır vəfa, etibar.
Ayıldım yuxudan...Qaraldı gözüm.Bürüdü qəlbimi təlaşla qorxu.Düşdü xatirimə sənin bu sözün:“Əzizim, tərsinə yozulur yuxu”.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-yuxuda-gordum-ki
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qalxıram yuxarı... Fəxri xiyaban,Cərgəylə düzülmüş məzar daşları!
Mənim atamHələ gəncliyindən alnı qırışdı,Saçını ağarmış tellər bəzərdi.
Ana nağıllarıGözümdən yuxumu qovaraq hər günNağıl danışardı anam mənimçün.
Bir qəzet parçasına bükülübdür naharımBir qəzet parçasına bükülübdür naharım,Çörək, arasında yağ...
Стихи других поэтов
Könül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
Tərcüman deyir ki ("Be tə’mine lesane madər əz hər ku be Petpesburğ")Be tə’mine lesane madər əz hər ku be PetresburğYeki alim fürustənra mən əz millət rəcakarəm.
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
Deyişmə: Başına döndüyüm, qurban olduğum— İsmayıl:Başına döndüyüm, qurban olduğum