Yadıma düşdü
Xatirat dəftərim durur qarşımda,Dolaşır bir ölməz sevda başımda.Gözəl Qarabağda cavan yaşımdaBir gözəl seçdiyim yadıma düşdü.
Gəzdik Qarabağı qolum qolunda,Varımı, yoxumu görürdüm onda.Bu şair qəlbimlə onun yolundaMin dərdə düşdüyüm yadıma düşdü.
Könlümün arzusu diləyiydi o,Nazlı mələklərin mələyiydi o,Gözümdə göyçəklər göyçəyiydi o“Buna and içdiyim yadıma düşdü.
O məndən xəbərsiz köçdü yaylağa,Bəxtimdən nigaran, soraq-sorağa –Qəlbimdə ilk yara, yar köçən dağaYığışıb köçdüyüm yadıma düşdü.
Uçdu bir sonatək eşqin gölündən,Adı bu aşiqin düşməz dilindən.İsa bulağında onun əlindənSu alıb içdiyim yadıma düşdü.
Məndən uzaq gəzdi nədənsə, aman,Ayrılıq ölümdən yamanmış, yaman.Hər gün evlərinin lap qabağındanTitrəyib keçdiyim yadıma düşdü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-yadima-dusdu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xəzan qoşun çəkib baharın üstə,Gülşəndən qanqalı yolmaq vaxtıdır.
TəbrizlilərDoğmadır könlümüzə qeyrəti təbrizlilərin,Beçə baldan da şirin söhbəti təbrizlilərin.
Özümdə qalıbAdın dilimdə, bu gün də şirin dilimdə qalıbGözüm yolunda gözəl – dərdli Təbrizimdə qalıb.
Süleymana göstərin!Cənublu qardaşlarıma*Qırx il var ki, görməmişəm Təbrizi,