Yağış yağar, yer doymaz...
Sən narın yağış kimiElə hopmusan qəlbiməSakit-sakit,aram-aram.Yağış yağar yer doymaz,Mən də səndən doymaram.Gözüm gözündən doymaz,Qulağım səsindən,Sinəm nəfəsindən.Deyirlər, ən ülvi sevgiSəssiz, sözsüz məhəbbətdir.Axı dilə-ağıza salmazSevən sevəni.Mənə də sənin eşqin kifayətdir.Nəyə lazım hamı biləSevirəm səni.İstəmirəm,Şıdırğı yağış kimiSelə, suya dönəsən.Ya da şimşək olubTez yanıb, tez sönəsən.Mən dəNə yağışına islana bilim.Nə də oduna yana bilim.Neyləyirik nağıl olubDillərə düşən şöhrəti?Nə edirik dağ çayına dönənMəhəbbəti?Yamacda hay qopara,Səhrada nə səsi, nə də izi qala.Ürəyə hopmaya,Hər yanda sözü qala.Sən elə narın yağış ol, əzizim,Yağ sakit-sakit,Aram-aram.Yağış yağar yer doymaz,Mən də səndən doymaram...
Kitabxana.az · https://kitabxana.az/ru/works/balas-azeroglu-yagis-yagar-yer-doymaz
Клавиши ← → для перехода, R — случайное стихотворение