Nə toya,nə yasa gedə bilirəm,Axı,necə gedim,yas içindəyəm…

Çoxları inciyirmənjən bilirəmAxı,necə edim-yas içindəyəm…

Meydan yarışında yordular məni,Milli məclislərdə qırdılar məni,Öz satqınlarımız vurdular məni,Əyildi qamətim-yas içindəyəm…

Bu ana torpağın yarı tapdanıb,Ayaqlar altında qalır, tapdanır,Analar namusu, arı tapdanır,Tapdanır qeyrətim-yas içindəyəm…

Nə vaxt ki,qəhrəman Şuşa satıldı,Laçının torpağı, daşı satıldı,Füzuli, Cəbrayıl qoşa satıldı,Xar oldu millətim-yas içindəyəm…

Bütün hədəflərə nişan olmuşam,Bütün qradlara nişan olmuşam,Bütün şəhidlərlə bir vurulmuşam,Sınıb qol-qanadım-yas içindəyəm…

Çoxdan tükənmişəm, bir görənimyox,Məni son mənzilə ötürənim yox,Ölmüşəm heç yerdən götürənim yox,Kəsilib taqətim-yas içindəyəm…

Ta eli-obası talan şairəm,Evinə vəhşilər dolan şairəm,Ulu Qarabağsız yalan şairəm,Haray, məmləkətim-yas içindəyəm…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине