Səni gördüm
Mus: Oqtay Kazıminindir
Yel toxundu yarpaqlara,Nəğmə qondu dodaqlara,Durub baxdım uzaqlara,Səni gördüm, ay sevgilim.
Bir mehriban üz görəndə,Bir cüt ağlar göz görəndə,Qara gözlü qız görəndə,Səni gördüm, ay sevgilim.
Tamarzılar görüşəndə,Murazlılar görüşəndə,Evimizə gün düşəndəSəni gördüm, ay sevgilim.
Ya özümdən küsəndə mən,Ya fikirli gəzəndə mən,Gözəllərin gözündə mən,Səni gördüm, ay sevgilim.
1957.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-seni-gordum
Клавиши ← → для перехода, R — случайное стихотворение