Mus: Oqtay Kazıminindir

Qürbətdə ürəklər yarpaq kimidir,Günəş bir balaca çıraq kimidir,Dağlardan səbirli analar belə,Qürbətdə anasız uşaq kimidir.

Nəqarət:

Qürbətdə yuxular köməyə gəlir,Mahnılar, ağılar köməyə gəlir,Səsi olanın da, olmayanın da,Qürbətdə bayatı deməyi gəlir.

Qürbətin bir günü bir il görünür,Qürbət göylərində nisgil görünür,Dənizlər gözümdə Xəzərə dönür,Göllərə baxırsan, Göy-göl görünür.

Nəqarət:

Qürbət hörmətləri sərin olurlar,Qürbət dəryaları dərin olurlar,Qürbət acıları, həyacanları,Vətənə dönəndə şirin olurlar.

1974.

Ayrılıq olmayaydıMus: Oqtay Kazıminindir

Yavaş-yavaş gecə keçər,Heç bilmirəm necə keçər,Durub səni düşündükcə,Qoşun çəkər xatirələr…

Nəqarət:

Şirin günlər, şirin aylar,Bir gün gəlib düşər yada,Ürək deyər ayrılığın,Üzü dönsün bu dünyada.

Ay çəkilir yuxu kimi,Bir ovçunun oxu kimi,Hamı deyər, hamı gülər,Mən gülmərəm çoxu kimi.

Nəqarət:

Çöldə tufan haray çəkər,Salar fəğan, haray çəkər,Yerdə durub mən susaram,Göydə bulud alay çəkər…

Nəqarət:

1957.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке