Bu şeir 1946-cı ildə Təbrizdə “Şairlər məclisi”nintəşkil etdiyi müsabiqədə ikinci dərəcəli mükafatalayiq görülmüşdür.

Yenə dindirdilər könül tarımı,Bilmirəm zil deyə, ya da bəm deyə.Mən də bu meydana atıldım, ey dost,Əlimdə bir kağız, bir qələm deyə.

Pərvanə hər zaman çırpar özünüÇırağa, məşələ; yanar şəm deyə.Çox da öyünməsin deyin Bahara“Bu yerin şairi tək mənəm” deyə.

Öz şəkər dilinə arxalandı o,Mənə dil bilməyən bir əcəm deyə.Bilmədim dilim də, vətənim də var,Dünyada nə desən vətənimdə var.

Şair bərk ayaqda sınaqdan çıxar,Uzaq yollar keçən kəhərlər kimi.Yenə də ilhamım tutdu əlimdənKöməyə yetişən səhərlər kimi.

Mən də öz borcumu vermək istərəmSənət cəbhəsində səfərbər kimi.Səttarxan bu xalqın arasındadır,Yaşayır hər zaman bir rəhbər kimi.

Mən onun yolunda əmrə hazıramVətəninə sadiq bir əsgər kimi.Tüfəngim qələmdir, gücüm – sənətim,Xalqıma bəllidir saf məhəbbətim.Biz heç vaxt sınaqdan namərd çıxmarıq,İgidlərin qanı qanımızdadır.Nə düşmən, nə ölüm qorxuzmaz biziSəttarxan hər zaman yanımızdadır.

O bizim tarixə düşəndən bəri,Qüdrət adımızda, sanımızdadır.Çoxları istədi ayırsın onu,Gördü qəlbimizdə, canımızdadır.Əzəldən qaydadır bizdə hər zamanÜrəkdə yaşayar adlı qəhrəman.

Təbrizin qoynundan çox igid çıxıbFəqət ucalmamış Səttarxan kimi.Ağsaçlı tarixi varaqla bir-bir,Oxu hər xəttini bir dastan kimi.Onda ay da vardır, ulduz da vardır,Sinəsi bəzəkli asiman kimi.Çox az-az qəhrəman yetirir zamanBu el böyütdüyü qəhrəman kimiOnu yaşadacaq xalqımız bizimƏn əziz, ən böyük bir insan kimi.Nə qədər biz varıq o ad da vardır,Elin arzuları o adda vardır.

Gəzdim bu ölkəni mən qarış-qarış,Hər yerdən çox sevir Qaradağ onu.Böyüdüb həyata hədiyyə vermişKiçik pəncərəli bir otaq onu.Bahar günlərində xatırlayırdıUşaqkən gəzdiyi hər budaq onu.Gördüm o dağları, qayalıqlarıQoynunda saxlamış çox qonaq onu.Mənə həzin-həzin bir dastan dediTərifə başlayıb hər bulaq onu.

Bilin, təbiət də tanıyır, dostlar,Kimdə el sevgisi, vətən eşqi var.Qocalar deyirdi: “Onun gəncliyiSıldırım dağlarda, qayada keçdi.Düşmən ordusuyla durdu üz-üzə,Ömrünün çox günü qovğada keçdi,Hücuma keçəndə titrədi dağlar,Dağ üstdən dağ çəkdi o, yada, keçdi,Tez yandı, tez söndü zülmət içində,Elə bil şam idi dünyada keçdi.Əgər söndüsə də odu, şöləsi,Adı könüllərin oldu nəğməsi.

Bizim bu yerlərə göz dikən yağıAz ordu çəkməmiş ömrü boyunca.Xalqımız hər zaman sirdaş kəsilmişYəhərli bir ata, misri qılınca,Dünyanı cəbhədə görən cavanlar,Ömrünü dağlarda keçirən qocaDemiş ki: – Mümkünmü mən yaşayarkənYurdumu düşmənlər qoysun hərraca.Qızlar qılınc çəkib meydana çıxmış– Yadların əlində əsir qalınca –Demiş ki: – Ya öllük vətənimizdə,Ya da azad olsun vətənimiz də.

Bu el hər çətinə, dara düşəndəHeç dilsiz göylərə əl açmamışdır.Hələ yalvarmayıb bir qulam kimi,Kimsənin önündə dil açmamışdır.

Gülzara bənzəyən bu yer, bu torpaqYağılar əlində gül açmamışdır.Sevməmiş əzəldən yadları yurdum,Onlara sirrini el açmamışdır.Xalq öz düyününü tək özü açmış,Nə Tanrı, nə para-pul açmamışdır.Vətən girdablarda boğulan zamanYa Babək qurtarmış, ya da Səttarxan.Sərdara dedilər “gəl qoşul bizə”,O dedi: – Keçmərik növrağımızdan.Canımız bizlərə əziz deyildirAna yurdumuzdan, torpağımızdan.Bu Şərq ölkələri ilham alacaqBir gün qana batmış torpağımızdan.Biz səngər başında and içmişik ki,Ölək, ayrılmayaq yarağımızdan.Məndən Rəhimxana xəbər aparın,Qoşunu qaçmasın qabağımızdan.Onun bu sözləri bir şüar oldu,Nəsildən-nəsilə yadigar oldu.

Döyüş günlərində bir ad qazandı,Tanıyır ən uzaq şəhərlər onu.Bəzən al günəşlə yanaşı tutduBaharda açılan səhərlər onu,İndi nəqş eləyir varaqlarındaTarixi yaşadan əsərlər onu.Bizimçün ən əziz bir yadigardırDöyüş cəbhəsində görənlər onu.Onun igidliyi bundan bəllidir:Bəyənmiş Lenin tək bir rəhbər onu.Demiş ki, adınla fəxr edir vətən,Bu Şərq ellərində hünərdə təksən.

Deyin Səttarxana qalxsın məzardan,İndi yurdumuzda güllər açıbdır.Aşıq sinəsinə basıb sazımı,Şeyda bülbül kimi dillər açıbdır.Qurğuşun keçməyən, süngü açmayanQorxulu yolları sellər açıbdır.Artıq boran keçib, qarlı qış keçibBizə qucağını illər açıbdır.

Odlara atılmış AzərbaycanaSəadət qapısın ellər açıbdır.Səndən qüvvət aldıq döyüşlərdə bizDəyişdi tarixi cavan nəslimiz.

Yox, düşmən deməsin ölübdür Sərdar,Onun köksündəki ürək bizdədir.Yanaşı durmursa bu gün bizimləBilin, götürdüyü tüfəng bizdədir.Bizim arzumuz bir, amalımız bir,O istək, o həsrət, dilək bizdədir.Mən kimə əl açıb kömək istədim?Dünya həsrət çəkən kömək bizdədir.İranın elləri bizə göz dikibAzadlıq günəşi demək bizdədir.Bunu şərqlilər də bilmişdir artıqBizdən keçəcəkdir Şərqə azadlıq.

Təbriz, 1946

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине