Osman Sarıvəlliyə

Yenə bahar gəldi, isindi torpaq,Yerdən baş qaldırdı bağlarda zanbaq.Günəşin altında buxarlanaraqGəldi geniş düzlər cana, bənövşə.

Çöllərdə otları oxşadı rüzgar,Əriyib su oldu quzeydəki qar,Bilirəm, bu qızıl saçaqlı baharQoymaz yarpaqlardan dona, bənövşə.

Yenə də nərgizin gözü süzüldü,Qərənfilin üstə jalə düzüldü.Lalənin saplağı yerdən üzüldüBatdı yarpaqları qana, bənövşə.

Bir gün kənd yoluyla dönürdüm yenə,Bir bulaq başında rast gəldim sənə.Gördüm ki, başını qoyub çiyninəƏymisən boynunu yana, bənövşə.

Bilmədim küskünsən, yoxsa gileyli,Gəlib mən yanında oturdum xeyli.Qəlbimdə nə səni qoparmaq meyli,Nə də əl uzatmaq sənə, bənövşə.

Bükülmüş boynuna baxdığım zaman,Bir qələm dostumu düşündüm, inan.Məndən inciməsin qoy şair Osman,Bir sualım vardır ona, bənövşə.

Axar sular kimi rəngsiz olsaydın,Bəlkə xumar gözlü nərgiz olsaydın,Ya da qələmə tək dümdüz olsaydın

O, rəy verərdimi ona, bənövşə?O gün ki güllərdən çəkildin kənar,Bu qərib halını qəmə yozdular.Fəqət razı olma səni sənətkarKədərli, qüssəli ana, bənövşə.Hər gülün, çiçəyin öz hüsnü vardır,Sənin də görkəmin bir ilk bahardır.De, kim şer yazıb nəğmə qoşardıBoynun əyilməsə yana, bənövşə?!

Bakı, 1954

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе