Nə tez oyanmısan qış yuxusundan,Hələ təzə gəlir bahar, qərənfil?Gözünü gör necə ağardır sənəKəpəzin başından o qar, qərənfil.

Nə nərgiz çıxmışdır, nə novruzgülü,Nə dağlar atmışdır üzündən tülü.Şaxta yaman vurub meşəni, çölü,Gözlə yarpaqların donar, qərənfil.

Ayağın altına sərilmiş otlar,Başına mirvari səpir buludlar.De, nədən titrəyib əsirsən, nə var,Bir yerdə tutmursan qərar, qərənfil?

Bəlkə yırğalayır sərin meh səni?Bəlkə də üşüdür şəbnəm, şeh səni?İndi necə dərim, necə, ah, səni,Ey nərgiz gözləri xumar qərənfil.

Qoy gəlsin özünə yazığın barı,Gəl, odlu sinəmə gəl sığın barı.Qızınsın köksümdə yarpağın barıQəlbimdə sönməyən od var, qərənfil.

Axı, bu çöllərdə nəyin var, nəyin?Ruzgarın əlində solar örpəyin,Kim deyir, yox sənin arxan, köməyin?Yolunu gözləyir dildar, qərənfil.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе