Gün batdı, külək yatdı,Tox bir quzu tək yatdı.Tərpənmədi yarpaqlarGül yatdı, çiçək yatdı.

Yatmaqdan uzaqdım mən,Ulduzlara baxdım mən.Bir ulduz alıb göydənÖz köksümə taxdım mən.

Yer elçisi adlandım,Eşqimlə qanadlandım,Ulduzlara çatmaqçınMin zəhmətə qatlandım.

Qoy arzumu el bilsin!Göylərdə həyat gülsün,Aydan əziz oğlumçunBir nazlı gəlin gəlsin!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе