Həsrətimin yaşı çoxdur yaşımdan,Hicran dərdli bir insanam, a dostlar!Bu həsrəti soruşun göz yaşımdanAyrılıqdan bağrı qanam, a dostlar!

Döyüşlərdə mərd oğullar itirən,Bağçaları qara güllər bitirən,Dumalarla mənə xəbər yetirənO sahildən nigaranam, a dostlar!

Mən nə çörək, nə şan-şöhrət acıyam,Nə məhəbbət, nə hürriyyət acıyam.Vahid vətən, vahid millət acıyam,Cənub dərdli Süleymanam, a dostlar!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке