Mən nələr çəkmədim sənin yolunda,Sənə toxunmasın ürək sözlərim.Ömür qəfəsindən uçdu quş kimiAylı gecələrim, xoş gündüzlərim.

Çox gəzdik... Nəhayət, günün birindəCənubun, Şimalın dağlıq yerində,Birləşdi Savalan ətəklərində,Ayaq izlərinlə ayaq izlərim!

Açıldı lalətək eşqimin baxtı,Sinəmdən qan deyil, mahnılar axdı.Baxdı bir-birinə, doyunca baxdıQara gözlərinlə ala gözlərim!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов