Doktor Fatma xanıma

Gözəlliyə baş əyirik səni görəndə,Bilirsənmi nə deyirik səni görəndə!

Deyirik ki, gətiribdir bizim bəxtimiz,Çünki üzü baharadır şəfa taxtımız.Şirin-şirin arzularla keçir vaxtımız,Gözümüzdə dan sökülür səni görəndə,Üzümüzə günəş gülür səni görəndə.

Deyirik ki, əcəb gözəl xoş sifətdir bu,Sənin kimi bir insana məhəbbətdir bu.Görməyəndə darıxırıq, həqiqətdir bu,Yavaş-yavaş sağalırıq səni görəndə,Yaşamaqdan zövq alırıq səni görəndə.

Canımızı qorumayıb acı zəhərdənGizlin, xəlvət papiros da çəkirik hərdən.Sən döymədən qapımızı açırsan birdən,Özümüzü itiririk səni görəndə,Min bəhanə gətiririk səni görəndə.

Əfv et məni, haqq sözümdür, gözəlsən, gözəl,Qəlbindədir özün kimi min gözəl əməl.Nəkaradır yanımızda görünsün əcəl,Dərdimizi unuduruq səni görəndə,Başımızı dik tuturuq səni görəndə.

Budur, artıq əvvəlkitək deyilik üzgün,Biz hüsnündən danışmasaq olarmı düzgün!Sənin qara qaşlarının altında hər günİki mavi çay görürük səni görəndə,Sərt havanı xay görürük səni görəndə.

Görün, görün, görünməsən darıxarıq biz,Dərmanların arasında karıxarıq biz,Hər sözünü eşitməyə hazır varıq biz,Dağ çəkilir bağrımızdan səni görəndə,Əsər qalmır ağrımızdan səni görəndə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов