Dinlə qardaşını, a yaslı qardaş,Həmişə arzulu, niyazlı qardaş,Bağrı çarpaz dağlı, arazlı qardaş,Qoymaram gözündən sellər tökülsün.

Nələr çəkməmisən ömründə, nələr,Səni qurtarmasam zillətdən əgər,Gözümdə gecəyə çevrilsin səhər,Başıma damlardan küllər tökülsün.

Gün o gün olsun ki, gəlim vəcdə mən,Bizim bu şəhərdə görünəndə sən.Bütün eyvanlardan, pəncərələrdən,Ayağın altına güllər tökülsün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов