Ey dil, baxırmısan gölü dərya bilənlərə,Zaği-siyahı bülbüli-şeyda bilənlərə.

Bir aşiqi-həqiqi demək heç rəvamıdırDaim məkani-aşiqi səhra bilənlərə?

Səhrayə düşsə də yenə Məcnunmu söylənirHər bir səfilə düxtəri Leyla bilənlərə?

Olsun həram nuri-bəsər, əsri zövqdəŞəmi-zəifi bir yədi-beyza bilənlərə.

Olmaz nəsib şagüli-qönçeyi-həyatHər bir təbibi həzrəti Isa bilənlərə.

Varkən həyatı guşeyi-zindan məkan olurHər zövceyi-əzizi Züleyxa bilənlərə.Həsrətkeşi-təkəllüm olur, daima nəsibSina misalı hər dağı guya bilənlərə.Zövqi-həyatı anlamayıbdır demək gərəkQəsdi-həyatı cifeyi-dünya bilənlərə.Cəfər, həmişə hikməti-xilqət nihan olurZatın zəkavü əqlə mübərra bilənlərə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов