Gün qürub etməyə edirdi şitabKainata enirdi bir zülmət.Sanki göydən yağırdı hüznü zəlam,Çulğayırdı cahan üzün nəkbət.Zülmətin yer üzünü qaplamasıQəlblərdə oyandırırdı qubar.Sümtə aləm olurdu müstəğrəq,Pərdeyi-qər olurdu sayənisar,Hər tərəf bir sükut idi cari,Sanki huşa gedib bütün aləm.Qara, indi, geyər cahan necə ki,Geyinib bir ana, tutur matəm.Bu sükut içrə bir zavallı yetimMatü məbhut edir səmayə nəzər;Gah, o solğun çiçək, çəkir bir ah,Od salır ruzgarə sərtasər.Ah! O bikəs qüruba baxdıqca,Kəndi halın yürəkdə fırladıyor.O sarıntor çocuq yanaqlarını,Gözlərindən axan yaş isladıyor.Ana yox, əqrəbası yox, ata yoxBir kömək görməyir, baxır hər yan.Bir nəfər yox ki, sorsun əhvalın,Bir nəfər yox onu bilə insan.Hər tərəf üz tutub təlatimi-ğəm,Nəzərində cahan olub zindan.Boynu çiynində, qoltuğunda əli,Zarü məhzun, məlulü sərgərdan.Günəşin axırıncı zərrələriÜfüqün arxasında oldu nihan.Çənəsində əli, çocuq oturub,Baxaraq ağlayır, fəqət pünhan.Səs-sədasız çocuq edir nalə,Kiçik əndamını ələm bürümüş,Ağlayır, çıxmayır sədası fəqət,Çünki qəmdən zəbani həp qurumuş.Huşə getmiş çocuq xəyal içrə,Kəsrəti-qüssədən olub bihuş.Yenə hər yer sükuta müstəğrəq,Yenə hər yer zülam içində xamuş.Yenə hər yanda yox ziyadən əsər,Yenə hər yer məzar tək qəmgin.Leyk zülmat indi örtübdürO səfilin sarımtıraq rəngin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов