Sən də bir
Ağlağan, ey qəmli könlüm, pürğübar ol, sən də bir,Zövqü ləzzət, eyşi-işrətdən kənar ol, sən də bir.Zaği tək daim siyahpuş olma bifikri-xiyal,Şaxeye baği vətəndə gül, həzar ol, sən də bir.Cəh-cəhi hüzn avər ilə söylə halın millətin,Ahü vayla millətə ahəngüdar ol, sən də bir.Ruzügarın pənceyi qəhrində solmuş gülləri,Görgilən ey qəlbü zarım, dağüdar ol sən də birSərsəri badü xəzan soldurudu baği-ğeyrəti,Ibrət eylə ey könül, rəncuri ar ol sən də bir.Afitabi bəxtü millət pərdeyi-zülmətdədir.Hardasan ey nuri-həqq, pərtov nisar ol sən də bir.Şeri paki ələman hədyan ilə doldurdular,Bunlarə tiğe-zəbanəm, zülfiqar ol sən də bir.Şaeran zülfi-nigari tel bə tel fırlandılar,Fırlan ey mu, bunları çal, şahimar ol sən də bir.Guşeyi zillətdə millət dad edir, imdadı yox,Ey olan məste-səadət, şahsuvar ol sən də bir.Ey olan məste-səadət, şahsuvar ol sən də bir.Naləvü fəryad, vaveyla ucaldıldı göglərə,Çatla ey tağü səmavi, tarümar ol sən də bir.Yoldan azdı, düşdü girdabi-bəlayə ümmətin,Qəbirdən dur, ya Məhəmməd, ya şümar ol sən də bir.Zülmü bipayan zalımlardan əzildi millətim,Harda qaldın ey ədalət, aşikar ol sən də bir.Gəlişin millətdə bəsdir, əsdi bu badi-xəzan,Fırlan ey dövranü aləm, növbəhar ol sən də bir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-sen-de-bir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Evini Allah yıxsın, a Baba, Dum əməllərindən qabaq bizim evimizi sən yıxdınki, elə dedin: “Qız gərək oxusun, qız gərək oxusun!”
AtəşEy əzizim, bir belə bəsdir dedin,Seyyidü axund, molla söhbətin.
ÇalmaQoy bir azacıq rahət ola canım, a Şeypur!Çalma mən ölüm, partladı vücudanım, a Şeypur!
Ağa ŞeypurYazdım sənə bu naməni pünhan, ağa Şeypur!Xəlvətdə oxu, tap mənə dərman, ağa Şeypur!
Стихи других поэтов · О любви
Məndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
BülbülQalxıb havadən gedirsənDolanırsan bağı, bülbül
Qəzəl: Gərçə gün kimi olub pak nəzərlər gustaxGərçə gün kimi olub pak nəzərlər gustaxQarşı durmaz sənə ayinə kimi hər gustax