Gəldi də getdi
Hüseynqulu Sarabskinin xatirəsinə
Səhnəyə, sənətə məcnuncasınaMəftunumuz təkdi, gəldi də getdi.Füzuli gözünün yaşından doğanMəhzunumuz təkdi, gəldi də getdi.
Hicran yollarında yorğunluğundan,Gözəl Leylasına vurğunluğundan,Qolları zəncirli məcnunluğundanMəmnunumuz təkdi, gəldi də getdi.
Dözdü min bəlayə canan yolunda,Hazırdı verməyə min can yolunda.Sonu görünməyən hicran yolundaYorğunumuz təkdi, gəldi də getdi.
İlk gənclik çağında öz leylasınaMəhəbbət bağında öz leylasına,Ölüm ayağında öz LeylasınaVurğunumuz təkdi, gəldi də getdi.
Bir ərəb qızına könül bağlayan,Odlu naləsilə sinə dağlayan,Aləmi ağladan, özü ağlayanMəcnunumuz təkdi, gəldi də getdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-geldi-de-getdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ağcalarım verib yenə baş-başa,Bağım-bağçam tamaşadır tamaşa.
Ağacların dərdiBu axşam sahildəyəm, gəzirəm ağır-ağır,Dinib payız dilində şıdırğı yağış yağır.
Ömür kitabımdan bir yarpaqŞəhərdən əl-ayaq çəkilən zamanGəzməyə səsləyir küçələr məni.
Unudulmaz illərimiz!Haydı, Rüstəm, çıxalım gəl yarışa,*Çıxalım mövzu üçün axtarışa.*