Ağacların dərdi
Bu axşam sahildəyəm, gəzirəm ağır-ağır,Dinib payız dilində şıdırğı yağış yağır.Hələ qabaqda qış var,Bolluca qar-yağış var.Qatar-qatar buludlar pərdə çəkəcək göyə,Qışımız keçəcəkdir geyimsiz, çılpaq deyəMəni yoldan eləyib saxlayır bu ağaclar,Yarpaqlardan yaş töküb ağlayır bu ağaclar.Dözünüz, ağaclarım, dözünüz, ağaclarım,Uzun sürməz, bağlanar yağışın, qarın yolu.Çox gözəl bilirsiniz özünüz, ağaclarım,Açılır mahnılarla gec-tez baharın yolu.Yüz bahar ötürmüşəm, artıq yaşa dolmuşam,Hesabsız şənliklərin ağsaqqalı olmuşam.Kaş ki, gənclik baharım gələydi sizinki tək,Ömrümün payızında güləydi sizinki tək!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-agaclarin-derdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Deyirəm nə olaydı cənublu qardaşıma,Mənim həyat suyumdan içirə biləydilər.
Dinlə qardaşınıDinlə qardaşını, a yaslı qardaş,Həmişə arzulu, niyazlı qardaş,
QəlbimHər kəsin bir qəlbi varsa, mənim iki qəlbim var,Hər ikisi bir vüsalın həsrətilə çırpınar.
LeylaBu ellər göz yaşında qərq olub boğulanda,Sevindi evdəkilər o dilbər doğulanda.
Стихи других поэтов · О природе
Ey tərü tazə gülüstanda açılmış gül kimi,Güldürür yüzün məni-nalan ana bülbül kimi.
Qan ağla, ey gözüm, yenə fəsli-bahar olurQan ağla, ey gözüm, yenə fəsli-bahar olur,Bülbül bahar olanda işi ahü zar olur.
Ey gözüm nuri, qarari-düi-ürfan, getməEy gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.
Gəraylı: Şükür olsun ol XudayaŞükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,