Torpaq və məhəbbət
Ağcalarım verib yenə baş-başa,Bağım-bağçam tamaşadır tamaşa.Budur, məni salamlayır budaqlar,Məhəbbətlə pıçıldayır yarpaqlar.
Mən məhəbbət yetirməsəm torpağaTorpaq mənə gözəl bəhrə verərmi?!Oğlum, qızım əl uzadıb budağaİstədiyi meyvələri dərərmi?
Zövq alıram bağban kimi əməkdən,Mən bilirəm hər meynəmin qədrini.Balam kimi bəsləməsəm ürəkdənÜzümlərim itirər öz ətrini.
Bitkilərə cansız demək düz deyil,Yox, canlıdır meynə, ağac, gül, çiçək.Hər meynənin çubuqları elə bilİməkləyir qumlar üstə körpətək.
Mən kəsməsəm alaqların kökünüKüsər məndən yəqin güllər, çiçəklər.Dağıtmasam buludların yükünü,Şitillərə divan tutar küləklər.
Gəl, gəl, deyir bağımdakı ağaclar,Əncirlərin göbəyindən bal damır,Meynələrdə daha başqa aləm var,Salxımların bəbəyindən bal damır.
Qonaq gəlir mənə dostum, tay-tuşum,Bu torpağa bir bəzəkdir hərəsi.Meynəmizdən quşlara da pay düşür,Bu nemətin mahnı olur əvəzi.
Dostlar, gəlin çıxmayın bu sözümdən,Gəlin büllur salxımlara dəyməyək.Gəlin, şərab düzəltməyək üzümdən,Şirəsini şüşələrə tökməyək.
Meynələrin bəhrəsini turşudubNə babamız, nə nənəmiz içibdir.Məclislərdə çöhrəsini turşudubNə atamız, nə anamız içibdir.
Şənliklərdə şirin-şirin, səmimiDeyib gülə bilmərikmi şərabsız?!Yəqin haqlı sual kimi, söz kimiBu sualım qalacaqdır cavabsız.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-torpaq-ve-mehebbet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Araz qırağında ayrılıq günü,Köynəyi qaradan biçilən mənəm.
Özümü gördümYenə min arzuyla çıxdım səfərə,Araz sahilində izimi gördüm.
PiyaləmAyrılıqdan odlanan bağrımda laləm var mənim,Titrəyən kirpiklərimdə qanlı jaləm var mənim.
Saxla yadındaQardaş! Gözümə sən yenə pəjmürdə göründün,Bəsdir bu qədər qolları zəncirli süründün.
Стихи других поэтов · О природе
Qanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
ÜçBir əcayib nəstə gördüm, kökü bir, budağı üç,Hər ağacdan altmış çiçək, yüz səksən yarpağı üç.
Pozuldu rövnəqi-gül, əlri-gülüstan getdiPozuldu rövnəqi-gül, əlri-gülüstan getdi,Saraldı gülləri, əl çəkdi bağiban getdi.
Axtarın məniSiz məni özümdən xəbər almayın,Gördüyün ellərdə axtarın məni.