Şəhərdən əl-ayaq çəkilən zamanGəzməyə səsləyir küçələr məni.Çox gözəl tanıyır bir sirdaş kimiGündüzdən seçilməz gecələr məni.

Yazıb yaratmaqdır eşqim, əməlim,Ayrılmır kağızdan, qələmdən əlim.Şerdir, mahnıdır bu gəlhagəlim,Bilirəm yazmamaq heç elər məni.

Baxıram ömrümün kitabına mən,Güvənib könlümün rübabına mənYuxusuz gecələr hesabına mənQoymaram dostlarım keçələr məni.

Manqalı tüstülü bulaq başında,Qazanı qaynayan ocaq başında,Həm dəzgah başında, həm dağ başındaEşidir cavanlar, qocalar məni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов