Ey gülüm, ey sünbülüm, ey süsənim, ey ənbərim
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ey gülüm, ey sünbülüm, ey süsənim, ey ənbərim,Ey mənim nüqlüm, meyim, həbbim, nabatım, şəkkərim.
Ey həbibim, ey təbibim, ey bütüm, ey həmdəmim,Ey rəfiqim, ey şəfiqim, ey ənisim, dilbərim.
Ey baharım, ey nigarım, ey şikarım, şahidim,Ey hərifim, ey zərifim, ey şərifim, sərvərim.
Ey gülüstanım, gülüm, sərvi-güləndamım mənim,Sağərim, şəm’im, şəbistanım, məlayikmənzərim.
Ey riyahin rahətim, ruhi-rəvanım, lütf ilə,Sərfərazim, sərkəşim, şuxü səadət əxtərim.
Ey mənim xurşidü mahım, ey çırağım, fanusum,Şux çeşmim, lütfi-şahım, ey mübarək peykərim.
Макта — последний бейт с тахаллусом поэта. Eşqin aldı əqlü huşum, könlümü yəğmaladı,Söylə axər, ey Nəsimi, cani-dildən çakərim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-ey-gulum-ey-sunbulum-ey-susenim-ey-enberim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Məstanə gözlərin xumarlanubdur,Can almaqda gənə xəyalmı var?
Anam təlim edən dildəMənə lütf eylə, ey saqi, gətir o cami–sərşariKi, ta rəf eyləyim nəştov qarın bu rənci xümmari.
ÖlkəmDünyamızı seyr etdim min dürlü həvəslərlə,Gördüm coşuyor dillər pək nəşəli səslərlə,
Dağıt o əyri qaşın üstə zülfi- qarə, yerDağıt o əyri qaşın üstə zülfi-qarə, yeri,Vuranda qeybəti-kübradə zülfüqarə yeri.