Ey həbibim, dilbərim, vey sevgili yarım mənim
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ey həbibim, dilbərim, vey sevgili yarım mənim,Vey dilaramım, nigarım, bəxti-bidarım mənim.
Ey güləndamım, gülüm, vey bülbülüm gülzar ilən,Işrətim, eyşim, tərəbim, türfə əyyarım mənim.
Rahətim, ruhum, rəvanım, can içində sənmisən,Qüvvətim, püştüm, pənahım, sirrü əsrarım mənim.
Yusifim, Misrim, Əzizim, dövlətim, başım tacı,Şəkkərü qəndü nabatım, türkü tatarım mənim.
Səbrim, aramım, qərarım, qiymətim, qədrim bilənFikrim, əndişəm, xəyalım, varlığım, varım mənim.
Nazikim, xubum, lətifim, mehribanım, tazə gül,Munisim, canım, rəfiqim, şol vəfadarım mənim.
Sərvərim, şahım, əminimsən, humayun kölgəlim,Həm yenə səndən düzülmüş uşbu bazarım mənim.
Cənnətim, hurim, nəimim, kövsəri-mai müin,Görk içində gündən ayrı hüsnü dildarım mənim.
Kə’bəmü qibləm, sücudum qaşların mehrabıdırÜzümü döndərməzəm gər, asalar, darım mənim.
Макта — последний бейт с тахаллусом поэта. Seyyidin razü niyazı, məhrəmi sənsən bu gün,Həm sana gəlmiş əzəldən sidqü iqrarım mənim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-ey-hebibim-dilberim-vey-sevgili-yarim-menim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səfavü zövqi-dünyaya, könül, aldanma, al eylər,Səni salar bu sevdaya, özü qeyri xəyal eylər.
Sərvin qatında sidrəvü Tuba rəvan olurSərvin qatında sidrəvü Tuba rəvan olur,Lə’lin şərabi-kövsərin içən rəvan olur.
Sünbülün əbrində gördüm uş məhi-taban gəlirSünbülün əbrində gördüm uş məhi-taban gəlir,Saçların hər tarəsindən şö’leyi-iman gəlir.
Sünbüli-zülfünün əgər qonşusu lalə düşməyəSünbüli-zülfünün əgər qonşusu lalə düşməyə,Almaya kimsə könlünü, şiveyi-alə düşməyə.
Стихи других поэтов · О любви
Dərdimə dərman qılan ol gözləri şəhla imiş,Qaşlarıdır kabə qövseyn zülfi ev əbna imiş.
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Yar aşiqi həsrət çəkərYar aşiqi həsrət çəkər,Pərvanələr oda yansa.
Ay gözəl-gözəlYer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.