Sərvin qatında sidrəvü Tuba rəvan olur
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Sərvin qatında sidrəvü Tuba rəvan olur,Lə’lin şərabi-kövsərin içən rəvan olur.
Isa ləbin vüsalına irdivü buldu can,Hər kim ki, bildi ləmyəzəli, cavidan olur.
Ey hürieynə bənzədən ol Isəvi dəmi,Huri qaçan bu lütf ilə şirinzəban olur?
Eşqin hədisini nə qədər canda gizlədim,Sirr saxlamaz könül, bu səbəbdən əyan olur.
Hüsnün rümuzunu nə mələk bildi, nə bəşər,Hər dəgmə canəvərdə qaçan bu bəyan olur?
Nitqin utandırır mələki şol zamanda kim,Lə’lin hədisə başlarü gövhərfəşan olur.
Mişkin saçınla can ilə sevdaya düşməyən,Sərmayəsi xəsarətü sudu ziyan olur.
Yaşın niqab içində ki, hüsnündən ey pəri,Qopar fəğanü fitneyi-axırzaman olur.
Üzündə gərçi ayəti oldu otuz iki,Hər birisi müvəhhidə yüz min nişan olur.
Hər kim ki, həqqi əhsəni-surətdə görmədi,Həq ta əbəd anın nəzərindən nihan olur.
Макта — последний бейт с тахаллусом поэта. Vəslində zində oldu Nəsimi iləl-əbəd,Abi-həyata vasil olan cavidan olur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-servin-qatinda-sidrevu-tuba-revan-olur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hüsnün, təbarəkallah, ənvari-ləmyəzəldir,Üzün cahan içində bimislü bibədəldir.
Hüsnünə heyran durur hurü mələkHüsnünə heyran durur hurü mələk,Eşqinə sərgəştədir daim fələk.
Hüsnünə sübhanəkü kim ki, şəhid olmadıHüsnünə sübhanəhü kim ki, şəhid olmadı,Talevü bəxti anın bil ki, səid olmadı.
Kəbə üzündür, ey sənəm, üzünədir sücudumuzKəbə üzündür, ey sənəm, üzünədir sücudumuz,Ta ki, görə bu səcdəyi narə yana həsudumuz.
Стихи других поэтов
Allahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
VətənKalvayı Məhəmməd ağa, gördü düşüb dara vətən,Kömək yoxdu, arxa yoxdu, qalıb baxtı qara vətən,
Əgərçi xoşdu mənə ətri, həm səfası gülünТы восхитительно свежа, полна благоуханья, роза.Непостоянная душа, неверное созданье, роза.
GəlmədiYenə bahar gəldi, növbahar oldu,Niyə mənim şux baharım gəlmədi?