Hüsnünə sübhanəkü kim ki, şəhid olmadı
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Hüsnünə sübhanəhü kim ki, şəhid olmadı,Talevü bəxti anın bil ki, səid olmadı.
Sidq ilə hər kimsə kim, tutmadı eşqin yolun,Salikü abid degil, şeyxi-rəşid olmadı.
Həmdü sipas eylərəm hüsnünə, ey bibədəl,Hüsnünə həmd eyləyən qeyrə həmid olmadı.
Surəti-rəhmanı bil, tanı anın ərşini,Bilməyən ol surəti, ərşi-məcid olmadı.
Üzünə, ey nuri-həq, səcdə qılan ta əbəd,Adı mələkdir anın, divi-pəlid olmadı.
Səltənətin zövqünü arifə sor kim bilir,Ismi məlik, əbdüküm eşqə əbid olmadı.
Kəşfü kəramətinə mənzələti-övliya,Bulmiyəsər, hər kim ol eşqə mürid olmadı.
Hər gecəsi, hər günü qədr ilə bayram olur,Vəslinə hər kim qərib oldu, bəid olmadı.
Nəhnü qəsəmnada həq hər nə ki, qism eylədi,Zərrəcə ol qisminə nəqsü məzid olmadı.
Gərçi saçın vəslidir zilli-mədid, ey günəş,Zahidə şol cənnətin zilli mədid olmadı.
Uğramadı hüsnünün atəşi şol cana kim,Şol günəşin tabına cismi qədid olmadı.
İnnə-əzabin-şədid ayəti hicran imiş,Şiddəti-hicran qaçan sə’bü şədid olmadı?
Sən ki, həqdən özünü ayrı sanırsan, məgərSəndə üsul ayəti həbli-vərid olmadı?
Макта — последний бейт с тахаллусом поэта. Kim ki, Nəsimi kimi vahidü fərd olmadı,Vahidi-mütləq degil, zati-vəhid olmadı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-husnune-subhanehu-kim-ki-sehid-olmadi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Aşiqəm mən bir ata,Bir oğula, bir ata.
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
در صومعه و دیر مغان هیچ سری نیستکز آتش عشق تو در آن سر شرری نیست
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri