Kəbə üzündür, ey sənəm, üzünədir sücudumuz
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Kəbə üzündür, ey sənəm, üzünədir sücudumuz,Ta ki, görə bu səcdəyi narə yana həsudumuz.
Şəm’i-rüxün hərarəti yandırır, ey qəmər, bizi,Uşbu cəhətdən oldu kim, göylərə çıxdı dudumuz.
Canımızı buraxmışız atəşi-eşqə ud kimi,Ta ki, səfavü zövq ilə eşqinə yana udumuz.
Zülfü qaşınla kirpigin müshəfimizdir, oxuruz,Ey dilimizdə cümlə sən, göftümüzü şənudumuz.
Zülfü rüxün hesabinə düşmüşüz üştə sayıruz,Kim nə bilir bu üqdəyi kim, necədir üqudumuz.
Möhbətimiz sifati çün zati-qədimi-fərd imiş,Vahidi-bizəvalədir mərcə ilə süudumuz.
Qaziyə nəsnə verməriz rüşvət içün bu də’vidə,Qaziyi-həq qatında çün adil imiş şühudumuz.
Kafilə nun əzəldə çün illətimizdir, ey bəşər,Gövhəri-laməkan biziz, kim bilisər hüdudumuz.
Surəti-xəttü xalinə sacidü abid olmayan,Millətimizdə oldurur müşrikimiz, yəhudumuz.
Maü məindən, ey fəqih, əsrəyübən iki demə,Çünki yeganədəndürür varid ilə vürudumuz.
Макта — последний бейт с тахаллусом поэта. Düşmən üçün Nəsimiya, olma məlul, qəm yemə,Oldu əzəl günündə çün Fəzli-əbəd vüdudumuz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-kebe-uzundur-ey-senem-uzunedir-sucudumuz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yarımı ayırdı məndən çərxi-qəddar, iştə gör!Ürəyim pas oldu qəmdən, gəl içim yar, iştə gör!
Zühur eylədi cümlə əşyada həqZühur eylədi cümlə əşyada həq,Qanı bir bəsirətli, açıqnəzər.
Zülfün girehləri, sənəma, həlqə-həlqə tabZülfün girehləri, sənəma, həlqə-həlqə tab,Hüsnün qatında zərrəcə yox nırxi-afitab.
Zülfün gecəsi qədrdürür, al yanağın ayZülfün gecəsi qədrdürür, al yanağın ay,Merac üzün, sidrə boyun, qaşın iki yay.