Kim aydır kim, üzün gülnara bənzər?Ki, üzün nurəvü gül nara bənzər.

Yanağın cənnətin xəndan gülüdür,Vəli anın fəraqı xara bənzər.

Süzülmüş gözlərin sağü səlamət,Vəleykin baxışı bimara bənzər.

Saçın buyu Məsihanın dəmidir,Kim aydır nafeyi-tatara bənzər?

Nə gündür, yarəb, ey dilbər, camalınKi, axşamı anın ənvara bənzər.

Sana bənzər cahanda kimsə yoxdur,Məgər huri kim, ol bir para bənzər.

Saçın əsrarını zahid nə bilsinKi, təsbihi anın zünnara bənzər.

Əgərçi qaşlarındır fitnə başı,Hərami gözlərin əyyara bənzər.

Fəqih adəmdən ürkər, səcdə qılmaz,Bu divin xilqəti əmmara bənzər.

Gəl ey sufi vü tərk eylə bu sehriKi, Musanın əsası mara bənzər.

Макта — последний бейт с тахаллусом поэта. Günəş bənzər dedim, şol aya, heyhat,Qaçan şol maha hər səyyarə bənzər?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов