Könlümün şəhrini çün kim, eylədi yəğmayi-eşq,Saldı aləm mülkünə şuri-şərü qovğayi-eşq.

Çıxdı sərvim, aləmə əsrarımı faş eylədi,Halıma həmdəm olandan dünyada sevdayi-eşq.

Qalmadı namusü namım eşq içində zərrəcə,Qoymuşam namusü namı, olmuşam şeydayi-eşq.

Nitq imiş aləmdə mövcud, eşq imiş qayimməqam,Bizə bildirdi əzəldən rəhbəri-mövlayi-eşq.

Sən humayun laməkansan, kəndözündən bixəbər,Gəlmədin ta kim, görəsən mənzili-ə’layi-eşq.

Çıx qəfəsdən, gəlgil, ey bülbül, gülüstan seyrin et,Bas qədəm meydani-eşqə görəsən mə’vayi-eşq.

Макта — последний бейт с тахаллусом поэта. Eşq ilə hər dəm, Nəsimi, seyr edərsən Kuhi-Qaf,Sənsən ol ali məqamda şəhpəri-ənqayi-eşq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви