Ləblərin şərbətinə çeşmeyi-heyvan susadı,Sulu incilərinə təşnə kimi can susadı.

Şəkkərin püsteyi-dəndanına kim susamaya?Sanma kim, yalqız ana püsteyi-xəndan susadı.

Ənbərin sünbülünə badi-səhərgah əsicək,Vəslinə laleyi-sirab ilə reyhan susadı.

Sözünün dadına şirin şəkər oldu təşnə,Nə şəkərdir bu kim, ana şəkəristan susadı?

Cövrü bidad ilə tökdü cigərim qanını yar,Şöylə bənzər ki, cigər qanına canan susadı.

Necə qəhr eyləyəsən, aşiqinə rəhm eyləKi, sənin rəhmətinə aşiqi-heyran susadı.

Sayru oldum, kərəm et, aşiqini sormağa gəlKi, könül vəslinə, ey dərdimə dərman, susadı.

Susadım vəslini görməkliyə, ey cani-cahan,Şöylə kim, Yusif üçün Yə’qubi-Kən’an susadı.

Sallanub naz ilə gəlgil ki, mənim didələrimAyağın tozuna, ey xosrovi-xuban, susadı.

Gül kimi gülə-gülə gəl aradan pərdə götürKi, üzün görməginə dideyi-giryan susadı.

Макта — последний бейт с тахаллусом поэта. Dur, Nəsimi, sözünü töhfə üçün bəhrə ilətKim, anın diqqətinə dürr ilə mərcan susadı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви