Könlümün viranəsində gənci-pünhan bulmuşam,Olmuşam şol maha qurban, yüz dilü can bulmuşam.

Eşq dərdindən qaçan könlüm usana, çünki mənDilbərin dərdində hər dəm bunca dərman bulmuşam.

Küfr əgər iman deyilsə pəs niçün düşmüş ki, mənKüfri-zülfün həlqəsində nuri-iman bulmuşam?

Xızr əgər zülmata vardı, istədi abi-həyat,Mən dodağın çeşməsində abi-heyvan bulmuşam.

Dişlərin əksi, nigara, könlümə nəqş olalı,Gözlərim bəhrində hər dəm dürrü mərcan bulmuşam.

Rövzeyi-rizvanə də’vət qılma, ey zahid, məni,Çün mən ol dərgahdan səhni-gülüstan bulmuşam.

Макта — последний бейт с тахаллусом поэта. Ey Nəsimi, canımı şol qaşa qurban eylədim,Gör nə gögçək şol hilali-yayə qurban bulmuşam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви