Səfavü zövqi-dünyaya, könül, aldanma, al eylər
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Səfavü zövqi-dünyaya, könül, aldanma, al eylər,Səni salar bu sevdaya, özü qeyri xəyal eylər.
Əgər beş gündə bu dövran sənə əl versə, ey aqil,Ki, şadlıq göstərər bir dəm, dönər yüz min məlal eylər.
Yığınca munca əsbabı yeri, sən bir kamal istə,Əcəl yeli əsər bir gün ana çox-çox zaval eylər.
Əgər aşiq isən tərk et, nedərsən munca əsbabı,Olar ki, eşqə qərq oldu, qaçan sevdayi-mal eylər.
Günəş dutuldu dedilər nəzər qıldım camalına,Üzünə zülfüdür düşmüş, bu el yanlış xəyal eylər.
Yığıb yedirməyən kişi sinində mar olur malı,Sağı sözdür ki, assi varsa boynunda vəbal eylər.
Макта — последний бейт с тахаллусом поэта. Nəsimi xəstəyə sənsiz Süleyman mülkünü versən,Ol anı bir çöpə saymaz, təmənnayi-vüsal eylər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-sefavu-zovqi-dunyaya-konul-aldanma-al-eyler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Gel, ey dili-bimarimə olan təbib, ölürəm,Vüsali-bəzmi mənə olmayan nəsib, ölürəm.
Məkr və məhəbbət qalasıO, dağın alnındakıməkrin
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd