Sənmisən, ey mahsurət, cənnətin eynində hur
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Sənmisən, ey mahsurət, cənnətin eynində hur,Gözlərin eyni-bəladır, vəchinin alnında nur?
Ayəti-ərşi-səmadandır lətafət sözlərin,Dər məani cəm’ qıldı dürri-məknun zühur.
Çeşmeyi-Zəmzəm ləbin, sirri-ələstdir gözlərin,Kim ola ol kim, qıla mehr ilə vəslinə səbur.
Şübhədən arındı ol kim, qıldı iqrari-səlat,Ta əbəd məst oldu, içdi cür’eyi-mai təhur.
Kim ki, məhbubun liqasın gördü ol eynəl-yəqin,Vəchini sürdü turaba, rəbbinə qıldı şəkur.
Макта — последний бейт с тахаллусом поэта. Kəmtərin oldu Nəsimi fəzli-həqqin çakəri,Çünki vəslə vasil oldu, eşq ilə buldu hüzur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-senmisen-ey-mahsuret-cennetin-eyninde-hur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səhərdə gül üzün şaha, çü gülşəndə gülab oynar,Anı görüb səfasından fələkdə afitab oynar.
Sən mana yar ol ki, könlüm bir dəxi yar istəməzSən mana yar ol ki, könlüm bir dəxi yar istəməz,Könlümün dildarı sənsən, özgə dildar istəməz.
Şənbə günü mən uğradım ol sərvi-rəvanəŞənbə günü mən uğradım ol sərvi-rəvanə,Şeyda qılıban saldı məni cümlə cəhanə.
Səndən iraq, ey sənəm, şamü səhər yanaramSəndən iraq, ey sənəm, şamü səhər yanaram,Vəslini arzularam, daxi betər yanaram.