Ey Məsihadəm, niyşə can vermədin cansızlara?Ol ki, hər dəm can ilə aydır ki, canan sizlərə.

Ləblərin abin məni-diltəşnədən qılma diriğ,Nola dərman eyləsən bu dərdi dərmansızlara.

Abi-heyvan qiymətin heyvana sorma, Xızra sor,Çünki idrak eyləməz hər dəgmə heyvan sizlərə.

Hüsn içində Yusifi-Kən’ana təhsin etməzəm,Onların dövranı keçdi, gəldi dövran sizlərə.

Barmaq ilən göstərərlər kim, üzündür qibləgah,Ol şəhadətdən dönübdür küfri-iman sizlərə.

Dilbəra, könlündə yoxdur aşiqə qılmaq vəfa,Xeyri qoymaz miskinə qılmağa şeytan sizlərə.

Çün Süleyman mülkünü qoyduvü getdi dünyadan,Qaldı andan sonra bu mülki-Süleyman sizlərə.

Eşq içində binəva qaldım, hədər cəhd eylərəm,Halımı ərz edə bilmən, şahi-xuban, sizlərə.

Əhli-aləm ildə bir qurban edərlər eyd içün,Hər zaman qurbanınam, ey cümlə qurban sizlərə.

Lütfü ehsan vaxtıdır, şaha, mənə ehsan gərək,Çün əzəldən qismət olmuş lütfü ehsan sizlərə.

Макта — последний бейт с тахаллусом поэта. Ey Nəsimi, xubların bir başı vardır, min dili,Eşqilə bel bağlama bu əhdü peymansızlara.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви