Neylərəm mən bunda durub, çünki dildar andadır
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Neylərəm mən bunda durub, çünki dildar andadır,Sanma kim, anda dedigim Bursa ya Larandadır.
Neylərəm gülzara baxmaq, çün bu yanmış könlümün,Şol boyu sərvi-xuraman, üzü gülzar andadır.
Firqətin dərdi məni torpaq edərsə, ey səba,Yarı qıl, torpağım, ilət anda kim, yar andadır.
Can yanağın həsrətindən dəgməniz, olmaz cüda,Qanda kim görsə güli-tər, bülbüli-zar andadır.
Şol moğolçin gözlərinlə çünki qapdın könlümü,Çün bilirsən kim, nə gizli dürlü əsrar andadır.
Dərdimi artırma, lütf et, şərbətinlə, ey həkim,Çün məni sayru qılan şol çeşmi-bimar andadır.
Макта — последний бейт с тахаллусом поэта. Dişlərin əksi Nəsiminin gözünə düşəli,Bəhri-bəhreyn olduvü lö’löi-şəhvar andadır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-neylerem-men-bunda-durub-cunki-dildar-andadir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Salıbdır daneyi-xalın könüllər quşuna çinə,Xəbər düşdü bu mə’nidən Xətavü Rum ilə Çinə.
Şahidi-laşərikə ləh şol sənəmin camalıdırŞahidi-laşərikə ləh şol sənəmin camalıdır,Leysə kəmislihi anın nun ilə mimü dalıdır.
Şəha, çün surətin FürqanımızdırŞəha, çün surətin Fürqanımızdır,Ol on dörd xət bizim Qur’anımızdır.
Səba zülfün nəsimindən cahanı cümlə can etdiSəba zülfün nəsimindən cahanı cümlə can etdi,Dəmindən gör səba zülfün ki, nə canlar rəvan etdi.
Стихи других поэтов · О любви
Müshəfi-hüsnün, ey günəş-rüxsar,Oxunur hər gün ərz ü səmadə,
Yaxın gəlHərdəm-hərdəm nə daldadan baxarsan,Gözəllər sultanı, xanı, yaxın gəl.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Görüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanınGörüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanın.Qaçıb bir dağə çıxdı Kuhkən, qurtarmağa canın.