Nə sün’i-paki-yəzdansan, a dilbər?Müsəvvərsən, müənbərsən, münəvvər!

Saçındır zülməti-yəlda, şəbi-qədr,Üzün novruzü eydü mahi-ənvər.

Təcəllidən ki, ta açdın niqabı,Həbibin təl’ətidir mahi-xavər.

Bu, xalü rüxmüdür, ya mürği-sevdaKi, qonmuşdur miyani-vərdi-əhmər.

Vüsalın dilərəm şirin ləbindən,Cavabım ver ki, qənd olsun mükərrər.

Çü cənnət tubisidir qamətin kim,Ki, qoymuş surəti-rəhmani bərsər.

Şu cövhərdir bu gün heyrani-hüsnünKi, seyrangahıdır çərxi-müdəvvər.

Макта — последний бейт с тахаллусом поэта. Degil, aydır bu söz həddin, Nəsimi,Kəlamüllahı gör, bu vəsfi söylər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви