Firqətin dərdi, nigara, bağrımı qan eylədi
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Firqətin dərdi, nigara, bağrımı qan eylədi,Ruzigar oldu müxalif, vəsli hicran eylədi.
Canımı, yə’ni vüsalından kim, ayırdı fələk,Gəl bu cansız aşiqi gör kim, nə bican eylədi.
Bağrımın qanın gözümdən axıdar hər dəm qəmin,Ey sənəm, şövqün məni gör kim, nə giryan eylədi.
Dərdimin dərmanını fəzlindən Allah eyləyə,Hər dəvasız dərdə çün oldur ki, dərman eylədi.
Sirri-eşqin gəncimiş, anın yeri viranədir,Yıxdı eşqin könlümü, ol gənci viran eylədi.
Səndən ayru düşdügüm məndən degil, təqdirimiş,Həqdir, ey can, hər nə kim, təqdiri-yəzdan eylədi.
Макта — последний бейт с тахаллусом поэта. Canını verdi Nəsimi çün saçın zəncirinə,Neçin anın məskənin zəncirü zindan eylədi?
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-firqetin-derdi-nigara-bagrimi-qan-eyledi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Öldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.
ŞeirO axşam gəldim sizə,Nə hörmət etdin bizə?
Vurğun göylərMənə elə gəlir vurulub göylərYerin cəlalına – bağçaya, bağa,
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram