Firqət içində yürəgim gör ki, nə parə-parədir
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Firqət içində yürəgim gör ki, nə parə-parədir,Bağrımı gör bu qüssədən kim, necə yarə-yarədir.
Qəmdə yanan bu aşiqə lütfü inayət eyləgil,Ey büt, əgərçi yürəgin mərmərü səngi-xarədir.
Lə’li-ləbin hədisini eşidəlidən, ey sənəm,Səcdə edər mələk kimi, səcdəsi qüdsi-narədir.
Mən bu təriqü vəch ilə cövrü cəfadan usandım,Çünki həmişə yarımın cövrü cəfası yarədir.
Yaralı eylədi məni cür’əsi ağulu qəmin,Yaralı qoyma yarını, dərdinə gör nə çarədir?
Nazü itabü işvəsi yaxdı məni fəraqilə,Daim onunla aşiqin işi bu rəsmü karədir.
Ayü günü nə vəch ilə üzünə nisbət eyləyim,Hüsni-rüxün qatında çün ay ilə gün sitarədir.
Zərqü riyavü sufilik zərrəcə assi eyləməz,Şol kişiyə ki, rəğbəti ol meyi-bixumarədir.
Hüsnünə aşiq eylədi, canımı yandırar qəmin,Gör ki, nə ftitnələr qılur ol ki, bu hüsni-yarədir.
Zövrəqinin məhəbbətin dənizinə buraxmışam,Gəl çək anı kənara kim, meyli anın kənarədir.
Макта — последний бейт с тахаллусом поэта. Zülfü tozundan oldu çün canü təni Nəsiminin,Əslinə qaruşur yenə, ric’əti şol qubarədir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-firqet-icinde-yuregim-gor-ki-ne-pare-paredir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yandırıcı firqətin yaxdı məni narinə,Könlüm ulaşmaq dilər yari-vəfadarinə.
Yarəb, nə səbəbdəndir olur taqətimiz taqYarəb, nə səbəbdəndir olur taqətimiz taq,Çoxdan bəridir çeşmimiz ol çeşminə müştaq.
Yarın cəfası cümlə vəfadır, cəfa degilYarın cəfası cümlə vəfadır, cəfa degil,Yarım cəfa qılur deyən əhli-vəfa degil.
Yüz min cəfa qılsan mənəYüz min cəfa qılsan mənə,Mən səndən üz döndərmənəm.
Стихи других поэтов · О любви
Səndən ayrı işim mənim, ey dilbər,Gecə-gündüz ahü fəqan olubdur.
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
OlmazDəymə, dəymə, könlüm sana aşiqdir,Aşiqin qəlbini sındırmaq olmaz!
Qəzəl: Gəl ey badi-səba, söylə dilimdən şəm tək yarəGəl ey badi-səba, söylə dilimdən şəm tək yarə,Qıl əfğan, ağla, şərh elə ki bəsdir yandım odlarə