Yarəb, nə səbəbdəndir olur taqətimiz taq
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Yarəb, nə səbəbdəndir olur taqətimiz taq,Çoxdan bəridir çeşmimiz ol çeşminə müştaq.
Andan bəri kim, eynimiz ol üzünü gördü,Bir mu ilə asıldı canım, qaldı müəllaq.
Gülzarə qədəm bas sənəmü saz ilə, mütrib,Gəl eyş edəlim zövq ilə, gər olmasa zərraq.
Pərvanəsifət oldum o rüxsarına qarşı,Bel bağlamışam xidmətinə mən də çü üşşaq.
Yazım der idim naməyi əz xuni-cigər mən,Töküldü yürək qanı yerə, tutmadı övraq.
Gördü ki, tükənməz yazuban vəsf ilə şərhin,Qatlanmadı bu dərdə zəif, oldu qələm şaq.
Ey hüsn iyəsi, aşiqə bir mərhəmət eylə,Sun lütf ilə biçarəyə bir cami-mürəvvaq.
Gər istər isən yarı bu gün, pir tələb eylə,Gör kim, neçə yol göstərir ol piri-mühəqqaq.
Макта — последний бейт с тахаллусом поэта. Allah ilə ol imdi, niyaz eylə, Nəsimi,Başəd ki, suçundan keçə, lütf eyləyə rəzzaq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-yareb-ne-sebebdendir-olur-taqetimiz-taq
Клавиши ← → для перехода, R — случайное стихотворение