Yandırıcı firqətin yaxdı məni narinə
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Yandırıcı firqətin yaxdı məni narinə,Könlüm ulaşmaq dilər yari-vəfadarinə.
Eşqə əsir eylədi canımı şol cövri çox,Lütf ilə bir baxmadı yari-giriftarinə.
Oldu gözümdən iraq şol sənəmin surəti,Yarəb, irişdir məni dövləti-didarinə.
Gərçi süzülmüş gözü eylədi sayru məni,Rəhməti anın qanı aşiqi-bimarinə?
Yürəgimi yarəli eylədi şövqün, iriş,Yarəsinə bax bu gün, qoyma anı yarinə.
Yandırıram canımı şəm’inə pərvanətək,Yanar imiş yar üçün vasil olan yarinə.
Mülk ilə mal, ey məlik, kimsəyə çün qalmadı,Yox tut anı, heçə say, qalma onun varinə.
Eşqinə qalu bəla çün demişəm sidq ilə,Əhdini sındırmazam, durmuşam iqrarinə.
Макта — последний бейт с тахаллусом поэта. Yarə Nəsimi kimi canını qurban edən,Məhrəm olur ta əbəd məxzəni-əsrarinə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-yandirici-firqetin-yaxdi-meni-narine
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Ala gözlüm, dərdə oldum giriftar,Dərdə dərman ya səndədi, ya məndə.
Ey gözüm nuri, qarari-düi-ürfan, getməNeyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.
Tarı bilsin, hicr bizar eyləyib candan məniTarı bilsin, hicr bizar eyləyib candan məni,Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.