Şahidi-laşərikə ləh şol sənəmin camalıdır
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Şahidi-laşərikə ləh şol sənəmin camalıdır,Leysə kəmislihi anın nun ilə mimü dalıdır.
Çöhrəsi gərçi nur ilə kəşfi-hicabi-vəch edər,Vəchə işarət eyləyən ol qəmərin hilalıdır.
Gərçi hər ayda bir gecə aya kamal irir, vəliYüz qəmər irməz anda kim, ol qəmərin kamalıdır.
Surəti gərçi hüsn ilə cuşa gətirdi aləmi,Fitnəyi qoparan anın qaş ilə zülfü xalıdır.
Axirətin nəiminə olma hərisü baxma kim,Hur ilə cənnətü liqa cümlə anın vüsalıdır.
Mehri-rüxün nə vəch ilə qabil ola zavala kim,Vəsfi-camalın, ey günəş, ayəti-bizəvalidir.
Şübheyi-laşərikə ləh ta biləsən ki, məndə yox,Güzgüyə baxü güzgüdə gör ki, nəyin misalıdır.
Vəslə qənaət etmişəm, dünyavü axirət sana,Aşiqə şol müşahidə ne’məti-layəzalidir.
Макта — последний бейт с тахаллусом поэта. Şükr edərəm ilahimə hər nəfəs, ey Nəsimi kim,Əhli-kamala məntiqin rəhməti-zülcəlalidir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-sahidi-laserike-leh-sol-senemin-camalidir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Ağalar, bir gözəl sevdim,Mübarək xas gecəsidi.
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
TillərinA sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.
آن نه زلفیست که پیچیده به دور ذقن استچنبر لاله و نسرین و گل و یاسمن است