Şəha, çün surətin Fürqanımızdır,Ol on dörd xət bizim Qur’anımızdır.

Qaşınla kirpigin, zülfün səvadı,Dəlilü höccətü bürhanımızdır.

Sifatinda müənbər küfri-zülfün,Bəyazi-vəch ilə imanımızdır.

Rüxün lövhündəki on altı xəttinƏləl-ərş üstüva rəhmanımızdır.

Necə tərkini qılsın can sənin kim,Əzəldən çün ki, canın canımızdır.

Gəl, ey dərviş olan dövri-qəmərdəSürək dövran ki, xoş dövranımızdır.

Макта — последний бейт с тахаллусом поэта. Bu gün çün eydi-əkbərdir camalın,Nəsiminin canı qurbanımızdır

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви