Səba zülfün nəsimindən cahanı cümlə can etdi
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Səba zülfün nəsimindən cahanı cümlə can etdi,Dəmindən gör səba zülfün ki, nə canlar rəvan etdi.
Boyundur sidrəvü tuba, üzündür cənnətü hura,Xətü xalın kəlam oldu, bu əsrarı bəyan etdi.
Götürdü pəri üzündən yədullah, ey qəmərtəl’ət,Bu həq dastan ilə gör kim, nə mə’nilər əyan etdi.
Nə gülşəndir üzün bağı ki, rə’na çiçəgi anınCahanı rəngü buyindən tikənsiz gülsitan etdi.
Əbirü ənbərü udun sınıxdır qədrü bazarı,Müənbər zülfünü ta kim, səba ənbərfəşan etdi.
Yaşıl lövh üstünə həqdən yazılmış on iki ayət,Qaşın vəhyi bu ayatın rümuzun tərcüman etdi.
Rüxün narıdır ol atəş ki, dudi-iştialından,Kəlimüllah yol bulduvü həq həft asiman etdi.
Qəzadır qaşların qövsi, qədərdir kirpigin səhmi,Məni amac üçün eyənin bu mə’nidən nişan etdi.
Xətü xalindən, ey dilbər, ələlərş-istiva rəhman,Budur şol müşkül ayət kim, üqulu bizəban etdi.
Üzündür qibleyi-iman, qaşınla kirpigin Qur’an,Budur şol abi-heyvan kim, ləbində həq nihan etdi.
Макта — последний бейт с тахаллусом поэта. Məkanü kanə sığmaz çün qədimin zati-bimisli,Nəsimi kafü nun oldu, məkanın laməkan etdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-seba-zulfun-nesiminden-cahani-cumle-can-etdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Mən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
Yaşa baxmıram...Yaş məni haqlayıb, deyir ki, dayan,Yox, yox, mən bu yolda yaşa baxmıram!
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Naz etEy rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,