Müənbər sünbülün, şaha, güli-siraba pürçindir,Məazallah, xəta qıldım, nə pürçin, nafeyi-Çindir.

Xətadır Çinə həml etmək müənbər zülfünü, billahKi, hər bir qılı saçının həzaran Çinü Maçindir.

Dəhanından xəbər verdi rəvanpərvər sözün, ammaBilinməz nəsnədən kimsə inanmaz kim, xəbər çindir.

Sən ol sultani-xubansan bu gün aləmdə, ey dilbərKi, qultək cümlə sultanlar sana şahinü laçindir.

Müdəvvər nöqteyi-xalın gözümdən bir nəfəs getməz,Məgər kim, şol qara bənlər gözümdə nəqşi-pürçindir.

Rüxün üzrə bənin şahanə hindudur, əcəb, yarəb,Yalançı oğrumu, yaxud Irəm bağında gülçindir?

Göyərçintək şikar etdi məni ol nərgisi-fəttan,Yavuz gözdən iraq olsun ki, xoş türkanə laçindir.

Məhi-tabana, ya mehrə səni bənzətməsəm, neyçünKi, hüsnün xirmənində gün məh ilə sünbüləçindir.

Макта — последний бейт с тахаллусом поэта. Gözümdən gərçi dilkəşdir saçının şivəsi, ammaNəsimiyi bu sevdaya buraxan şol moğolçindir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви