Düşdüm əzəldə zülfünə, dam olmadan hənuz,İçdim ləbin şərabını, cam olmadan hənuz.

Gördüm üzünü Kə’bədə əhli-səfa ilə,Qıldım təvafi-Kə’bə, həram olmadan hənuz.

Yazmış üzündə sureyi-rəhman ələssəlam,Ərş ilə kürsü, lövhü qələm olmadan hənuz.

Gördüm üzünü nuri-təcəllivü şövqünüAyü günəşdən nuri-qiyam olmadan hənuz.

Dürdanə dişlərini nigarın görəndə mən,Dürrə sədəfdə nəzmü, nizam olmadan hənuz.

Vəchində yazmış idi anın yirmi səkkiz hərf,Xətti-bəyani-hərfü kəlam olmadan hənuz.

Макта — последний бейт с тахаллусом поэта. Görmüş idi üzündə Nəsimi nişani-həq,Ol dəm nişani-sübh ilə şam olmadan hənuz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви