Surətin nəqşinə xəyal irəməz,Gözlərin alasına al irəməz.

Şol qədər safidir ləbin eyniKim, anın abinə zülal irəməz.

Bu günü gör ki, rəngü çöhrəsinəNə qədər al edirsə, al irəməz.

Gərçi ayı üzünə bənzədərəm,Qaşların şəklinə hilal irəməz.

Qamətin şoylə mö’tədildir kim,E’tidalinə e’tidal irəməz.

Ey cəmalül-liqa, nə dilbərsənKi, rüxün hüsnünə cəmal irəməz?

Bu nə ziba camal olur, yarəb,Ki, kəmalatına kəmal irəməz.

Zülfü çün cimü qaşı-dal, vəli,Zülfü qaşinə cimü dal irəməz.

Necə günəşsən, ey qəmər ki, sanaTa əbəd zərrəcə zəval irəməz?

Buldu könlum səninlə şol vüslətKim, anın vəslinə vüsal irəməz.

Макта — последний бейт с тахаллусом поэта. Ey Nəsimi, sözün müfərrihdir,Bu cəhətdən ana məlal irəməz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви